Balakəndə evlərdən oğurluq edən şəxs tapıldı


13:34     07 Yanvar 2019 2019/01/mastagada-evden-ogurluq-eden-sexsler-tutuldu-foto_1546853754.jpg

Balakəndə evlərdən oğurluq edən şəxs saxlanılıb.


Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-dan cari il yanvarın 5-dək olan müddətdə rayon ərazisindəki 2 həyətyanı sahədən 11 ev quşu, 3 evdən su çəni, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Ədalət Qaracayev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 526