Hrant Dink qətlinin səbəbi - ŞOK VİDEOFAKT


16:45     19 Oktyabr 2015 dink.jpg

19 yanvar 2007-ci il tarixində qətlə yetirilən erməni əsilli jurnalist Hrant Dinklə bağlı marqlı reportaj ortaya çıxıb. Həmin reportaj Dinkin qətli ilə bağlı bir sıra şübhəli məqamlara aydınlıq gətirir.


Femida.az-ın xəbərinə görə, həmin reportajda Hrant Dink erməni diaspora təşkilatlarını qıcıqlandıracaq fikirlər söyləyir:

“Türklər ermənilərin, ermənilər də türklərin həkimidir. Bundan başqa həll variantı yoxdur. Erməni diasporalarına səslənirəm, “1915-i unudun”. Hər şeydən əvvəl onu bilməliyik ki, soyqırımının dünya ölkələri tərəfindən tanınması problemin həlli demək deyil”.

Bu müsahibə təbii ki, erməni diaspora təşkilatlarını qıcıqlandırmaya bilməzdi. Hrant Dinkin dediyi məhz bu fikirlər onun erməni diaspora təşkilatları tərəfindən qətlə yetirilməsi iddiasının mümkünlüyünü bir daha ortaya qoyur.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5721