Məmurun kabinetini qarət etmək istəyən şəxs kimdir?


16:25     07 Yanvar 2019 2019/01/5c3340ef848a6_154686253616815306_1000x669_1546863907.jpg

Yanvarın 5-də saat 22 radələrində Ucar rayonu ərazisindəki inzibati binaların birindən oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, Göyçay Regional Mühafizə Şöbəsindən verilən məlumata əsasən polis əməkdaşları dərhal hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla xidməti otaqların birindəki seyfin kəsici alətlə qırıldığı və onun içərisindəki pulun oğurlanmasına cəhd göstərildiyi müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini Kənan İsmayılov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 462