Xaçmazda adam öldürüb, meşədə basdıran şəxslərin məhkəməsi başlayıb


18:14     07 Yanvar 2019 19_01_07_1546864801.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elburus Abdullayevin cinayət işi üzrə məhkəmə başlayıb.

Femida.az report-a istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 1-də Xaçmaz rayonun Əbilyatağı kəndi ərazisində baş verib. Xacmaz rayon sakini Ş.İmanovla E.Abdullayev Mirzağa Əzizovu qətlə yetirərək, Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırıblar.

Hadisədən 10 gün sonra Ş.İmanov Xaçmaz Rayon Polis Şöbəsinə könüllü gələrərək, E.Abdullayevlə hadisəsini törətdiyini etiraf edib.

Xaçmaz Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyidi oradan çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Açar sözlər:

Oxunub: 412