Sumqayıtda piyadanı vurub qaçan sürücü saxlanıldı


19:27     07 Yanvar 2019 hebs5.jpg

Sumqayıtda piyadanı vurub qaçan sürücü saxlanılıb.

DİN-dən Femida.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də Nicat Hüseynovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Opel" markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini Zöhrab Novruzov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 254