Binəqədinin bir hissəsi işıqsız qaldı


19:52     07 Yanvar 2019 isiq.jpg

Binəqədi rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Femida.az report-a istinadən bildirir ki, fasilə Binəqədi rayonu, DSK adlanan ərazidə 12 saatdan çoxdur davam edir.

Sakinlərə verilən məlumata görə, həmin ərazidən keçən yüksək gərginlikli xətt qırılıb. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, səhər saat 08:00-da "Azərişıq" ASC-nin 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlayıblar, onlara elektrik enerjisinin bir saata bərpa ediləcəyi deyilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, fasilə yaxın dəqiqələrdə aradan qaldırılacaq: "Hazırda özüm də ərazidəyəm. Fasilə cərəyan transformatorunun dəyişdirilməsi ilə əlaqədardır. Əməkdaşlarımız və texnikamız əraziyə cəlb edilib. Tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 433