Avropa Məhkəməsi Ermənistan hökumətindən izahat tələb etdi
22:01 07 Yanvar 2019
Avropa İnsan Hüquqları Məhkəməsi ölüm ayağında olan sahibkar Samvel Mayrapetyanın pasportunun əlindən alınması və müalicəsinə imkan verilməməsi ilə bağlı Ermənistan hökumətindən izahat tələb edib.
AzərTAc bildirir ki, bu barədə sahibkarın vəkilləri məlumat veriblər. Onların sözlərinə görə, həkim konsiliumu Mayrapetyanın müalicəsinin Ermənistanda mümkün olmadığı barədə rəy verib və onun xarici ölkələrin birinə aparılmasını tövsiyə edib. Pasportu istintaq orqanları tərəfindən alınan sahibkarın vəkillərinin müraciətinə mənfi cavab verilib. Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistan prokurorluğuna göndərdiyi sorğu da cavabsız qalıb.
Sahibkarın vəkillərinin bəyanatında deyilir: “Təəccüblüsü odur ki, Avropa Məhkəməsi bir gün müddətində bu məsələ ilə bağlı müvafiq tədbir görsə də, vətəndaşının həyatını qurtarmağa borclu olan dövlət orqanları bu məsələyə biganə yanaşırlar”.
Ermənistanın N2 televiziya kanalının sahibi S.Mayrapetyan Yerevan məhkəməsinin qərarı ilə 62 min dollar girov müqabilində ev dustaqlığına buraxılıb, lakin onun pasportu qaytarılmayıb. Sahibkar rüşvətə vasitəçilikdə ittiham olunur.
Oxunub: 379
Oxşar xəbərlər
- Avropada təbii qazın qiyməti ucuzlaşıb
- Avropada təbii qazın qiyməti yüksəlib
- Avropa İttifaqı Rusiya qazının əvəzedicisini tapıb
- Avropa Komissiyası Aİ-yə Rusiyaya qarşı yeni neft embarqosu layihəsi təklif edib
- Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır
- Avropada qazın qiyməti həftəsonu 5 faiz ucuzlaşıb
- Avropa İttifaqı Şurasının Prezidenti Kiyevdə səfərdədir
- Avropada qazın qiyməti kəskin ucuzlaşıb
- Avropanın 4 ölkəsinin prezidenti Ukraynaya yola düşüb
- Avropa İttifaqı diplomatik missiyasını Kiyevə qaytarır