Borca görə 4 nəfər tutuldu
09:20 08 Yanvar 2019
Yanvarın 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 112 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 423
Oxşar xəbərlər
- Abşeronda qətl törədən kriminal avtoritetə 18 il həbs cəzası verilib
- Ötən il Azərbaycanda 268 kriminal qrup zərərsizləşdirilib
- Bakıda qətl törədən kriminal avtoritetin məhkəməsində şahid dindirilib
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin atası dindirilib
- Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin məhkəməsi başlayıb
- İrəvanda kriminal avtoritetin qətlinə görə 5 nəfər saxlanılıb
- Azərbaycanda 435 kriminal qrup zərərsizləşdirilib
- Ötən günün kriminal xronikası
- Ötən 24 saatın kriminal xronikası