Naxçıvanda cəmi 6642 müəllim var


10:05     08 Yanvar 2019 2019/01/49898-1546926394_1546927604.jpg

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc kadrlarla görüş keçirilib.


Femida.az-ın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov bildirib ki, hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagirdin təhsili ilə 6642 müəllim məşğul olur. Onlardan 44-ü yeni tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək işlə təmin olunub.

Nazir qeyd edib ki, hazırda rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd məktəblərində fəaliyyət göstərən 81 müəllimə həvəsləndirmə tədbirləri tətbiq edilib.



R.Məmmədov əlavə edib ki, pedaqoji kadrların işlə təmin olunması məqsədilə 24 oktyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqəyə 252 vakant iş yeri çıxarılıb.

"Həmin yerləri tutmaq üçün 240 müraciət olub. 17-29 dekabr 2018-ci il tarixlərdə keçirilmiş imtahanlarda ən yüksək bal toplayan 75 gənc kadrın işə qəbulu nəzərdə tutulur. Onlardan 21-i stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri, 54-ü isə digər ümumtəhsil məktəblərini seçiblər. Stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçən gənclərin 3 nəfərinin yaşayış yeri Naxçıvan şəhəridir".

Femida.az

Açar sözlər:

Oxunub: 362