​Vergilər naziri Beyləqanda vətəndaşları qəbul edəcək


18:12     19 Oktyabr 2015 fazil%20memmedov.jpg

Oktyabrın 23-də vergilər naziri Fazil Məmmədov Beyləqan şəhərində vətəndaşları qəbul edəcək.


Nazirliyin analitik-informasiya şöbəsindən Femida.az-a verilən məlumata görə, Beyləqan rayonunda yerləşən 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında baş tutacaq qəbulda Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Laçın rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlər ilə bağlı müraciətlərə baxılacaq.
Qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin müvafiq rayon vergilər idarələri ilə əlaqə saxlaya bilərlər.

Açar sözlər:

Oxunub: 984


Oxşar xəbərlər