Xalası oğlunu öldürən şəxs saxlanıldı


12:31     08 Yanvar 2019 2018/02/polis_yeni_1518511611.jpg

Dərhal müvafiq tədbirlər görülüb və qətli törədən şəxs tutulub

Daxili İşlər Nazirliyi Gəncədə xalası oğlu tərəfindən qətlə yetirilən şəxslə bağlı məlumat yayıb.



Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 7-də Gəncə şəhərindəki çay evlərinin birində şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədovun münaqişə zəminində orada işləyən xalası oğlu, əvvəllər məhkum olunmuş Valeh Zeynalovu bıçaqla qətlə yetirməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 411