Güzəştli mənzil almaq istəyənlərin nəzərinə! - MİDA müraciət etdi
12:41 08 Yanvar 2019
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədilə “Güzəştli mənzil” sistemində bir sıra təkmilləşdirmə (satışın başlanmasına 24 saat qalmış geri sayımın aktivləşməsi, səhifənin açılması və səhifədən səhifəyə keçid haqqında məlumatın ekranda görünməsi) işləri aparılıb.
Agentlikdən Femida.az-a verilən məlumata görə, mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmaq, “Elektron İmza” və ya “Asan İmza” sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək istəyənlər yanvarın 12-si saat 15:00-dan saat 15:30-dək keçiriləcək sistemin sınaq mühitində mənzil seçimi edə bilərlər.
Mənzil seçimində bütün əməliyyatlar “Elektron hökumət” portalı üzərindən real vaxt rejimində aparılır və mənzil seçimi prosesi yanvarın 25-də Yasamal Yaşayış Kompleksində keçiriləcək 174 mənzilin seçimi ilə identikdir.
Femida.az
Oxunub: 935
Oxşar xəbərlər
- Güzəştli mənzillərin növbəti seçimi bu tarixdə keçiriləcək
- Güzəştli mənzillərin n[vbəti partiyası satışa çıxarılır
- Güzəştli mənzillərlə bağlı yeni xəbər var
- Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı
- Güzəştli mənzil almaq istəyənlər DİQQƏT! - Satış tarixi AÇIQLANDI
- Güzəştli mənzillərin seçimi başa çatdı
- Güzəştli mənzillərin ikinci seçimi başa çatıb
- Güzəştli mənzil almaq asanlaşdı - Yeni qaydalar
- Güzəştli mənzillərin hamısı satıldı
- Güzəştli mənzil almaq istəyən alimlər üçün FÜRSƏT