Kosta-Rika XİN rəhbəri Bakıda səfərdədir


18:33     19 Oktyabr 2015 kosta%20rika.png

18 - 21 oktyabr 2015-ci il tarixində Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sans Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.


Bu barədə XİN-dən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Səfər çərçivəsində Manuel Qonsales Sansın Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 20 oktyabr tarixində saat 11:30-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Açar sözlər:

Oxunub: 1008


Oxşar xəbərlər