Səddamın başqa əməlləri üzə çıxdı - Bakıda kartlardan pul çəkirmiş


14:12     08 Yanvar 2019 pensiyacilar-pensiyalari-bu-bankomatlardan-alacaq266f0f05a5923cf1bb532.jpg

Oğurluq etdiyinə görə saxlanılmış şəxsin digər cinayət əməlləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, Səddam Nəzərli oğurluq etdiyinə görə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 16-dan noyabrın 23-dək olan müddətdə üç nəfərin bank kartlarından ümumilikdə 649 manatı çıxararaq oğurlaması da müəyyənləşdirilib. Faktla bağlı istintaq aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 506


Oxşar xəbərlər