Azərbaycanlı müğənni vəfat etdi


15:16     08 Yanvar 2019 2019/01/tamilla-bagirova_1546948190.jpg

Uzun illərdi efirlərdə görünməyən Tamilla Bağırova 70 yaşında vəfat edib.


Bu barədə Femida.az-a sənətçinin qızı Leyla Məhərrəmova məlumat verib. Onun sözlərinə görə, müğənni ürək çatışmazlığından və şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Tamilla Bağırova 1949-cu ilin may ayının 10-unda Bakı şəhərində anadan olub. O uzun ilər F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solistlərindən biri olub. 90-cı illərin ortalarından yaradıcılığına fasilə verib.

Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 2516