İran Türkiyə ilə sərhəddə hərbi təlim keçirir


18:55     19 Oktyabr 2015 2c1b5e22-927c-468d-9ec3-76ed7c40e6f8.jpg

İran ordusu ölkənin qərb və şimal-qərb əyalətlərində "Məhərrəm" adı altında irimiqyaslı hərbi təlimlər keçirir.


Femida.az "İRNA"ya istinadən xəbər verir ki, təlimlər oktyabrın 19-da səhər saatlarında başlayıb.

İran Silahlı Qüvvələri Quru Qoşunları komandanının müavini briqada generalı Məhəmməd Mahmudi bildirib ki, hərbi təlimlərdə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin tağımları, eləcə də "Xatəm-ül-Ənbiya" Hava Hücumundan Müdafiə bazasının qüvvələri iştirak edir.

General deyib ki, radio-elektron kəşfiyyatı, raket kompleksləri, Hərbi-Hava Qüvvələrinin şəxsi heyəti və xüsusi təyinatlı qoşun da təlimə cəlb ediləcək.
Məlumata əsasən, təlimdə çoxlu sayda uzaq radiuslu Pilotsuz Uçan Aparatdan da istifadə ediləcək.

Qeyd edək ki, hərbi təlimlər İranın Azərbaycan Respublikası və Türkiyə ilə sərhədində yerləşən Qərbi Azərbaycan ərazisində keçirilir.

Açar sözlər:

Oxunub: 1114