Alimentə görə qayınatasını öldürən şəxsə cəza istənildi - 19 İL


18:27     08 Yanvar 2019 19_01_08_1546951806.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Femida.az -ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, S.Şabanovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Samir küt alətlə Hətəm Şabanovu qətlə yetirib. H.Şabanov Samirin keçmiş qayınatası olub.

Onların arasında alimentin ödənilməsinə görə mübahisə yaranıb və Samir sonuncunu qətlə yetirib.

Açar sözlər:

Oxunub: 552