Vaxtı keçən kreditlərin məbləği açıqlandı


17:42     08 Yanvar 2019 manattt.jpg

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği dekabrın 1-nə 1 688,7 milyon manat təşkil edib.

Femida.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu məbləğ noyabrın 1-i ilə müqayisədə 0,6 faiz azdır.

İlin əvvəlinə nisbətən isə vaxtı keçmiş kreditlər 3,8 faiz artıb. Dekabrın 1-nə problemli kreditlərin ümumi kredit portfelində payı 13,4 faiz olub.

Femida.az

Açar sözlər:

Oxunub: 364