Bakıda seksual manyakla bağlı YENİ XƏBƏR


18:43     08 Yanvar 2019 19_01_08_1546952123.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Sadıqov 2 il 2 ay 28 gün azadlıqdan məhrum edilib.

İttihama görə, Ramil Sadıqov azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib. Uşağın valideynlərinin hadisədən xəbər tutub. Şikayət əsasında Ramil Sadıqov saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 596