“Taliban” ABŞ-la danışıqlardan imtina etdi


18:57     08 Yanvar 2019 19_01_08_1546952277.jpg

Əfqanıstandakı “Taliban” silahlı hərəkatı bəyan edib ki, müzakirə gündəliyinə daxil olan məsələlər üzrə fikir ayrılığı yarandığından ABŞ rəsmilərilə bu həftəyə təyin olunan Doha görüşündən imtina ediblər.


Femida.az xəbər verir ki, bu barədə “Reuters”ə “Taliban”ın yüksək rütbəli üzvü deyib.

“Hər iki tərəf Qatarda görüşün təxirə salınması barədə razılığa gəliblər” – talibançı bildirib.

Qeyd edək ki, sabahdan etibarən iki gün ərzində “Taliban”la ABŞ nümayəndələri Əfqanıstanda sülhlə bağlı danışıqlar keçirəcəkdi. “Taliban” müzakirələrdə əfqan hökumətinin iştirakı barədə regional güclərin təkliflərini rədd etmişdi.

Açar sözlər:

Oxunub: 349