İtkin düşən daha 2 dənizçinin meyiti tapıldı


21:46     08 Yanvar 2019 19_01_08_1546969643.jpg

Yanvarın 7-də Türkiyənin Samsun şəhəri yaxınlığında “Volgabalt 214” gəmisində​ baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin axtarışı ilə bağlı müvafiq qüvvələr hadisə yerinə cəlb olunub.


Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən dənizçilərdən 2 nəfərin meyiti tapılaraq sudan çıxarılıb.

Hazırda dənizçilərin şəxsiyyətinin müəyyən olunması prosesi həyata keçirilir.

Açar sözlər:

Oxunub: 349