Azərbaycan nefti bahalaşır


09:03     09 Yanvar 2019 neft52.jpg

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 7-i 59,69 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,42 dollar/barel çoxdur.

Femida.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 58,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,43 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 55,15 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 2,86 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 57,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,56 dollar/barel çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 330