Mübariz İbrahimovu tənqid edən psixoloqun məhkəməsinin vaxtı məlum oldu


10:05     09 Yanvar 2019 19_01_09_1547014030.jpg

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadəyə qarşı qaldırılmış iddia üzrə məhkəmənin vaxtı məlum olub.



Femida.az bildirir ki, bu barədə vəkil Ramil Rüstəmov məlumat verib.

O deyib ki, iddia üzrə məhkəmə iclası Xətai rayon Məhkəməsində yanvarın 22-də keçiriləcək. Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqaladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.

Açar sözlər:

Oxunub: 1008