Salyanda heyvan oğruları tutuldu
13:17 09 Yanvar 2019
DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Salyan rayon sakini Xanhüseyn Heybətov yanvarın 1-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həyətindəki tövlədən 4 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.
Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Çuxanlı kənd sakinləri Böyükkişi Hacıyev və Elmar Şıxəliyev saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdiyi cinayət əməlini etiraf edib. Ətraflarında aparılan araşdırmalar zamanı onların digər oğurluq əməllərində də iştirakının olduğu məlum olub. Belə ki, onlar müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 4 tövlədən 23 baş xırdabuynuzlu heyvanı və marketlərin birindən ümumi dəyəri 2000 manat olan ərzaq və tütün məmulatlarını oğurladıqları məlum olub.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Femida.az
Oxunub: 435
Oxşar xəbərlər
- Salyanda vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb
- Salyanda yol qəzasında xəsarət alan şəxslər xəstənada ölüb
- Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
- Salyanda 4 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır
- Salyanda traktorla avtomobil toqquşub, xəsarət alanlar var
- Salyanda avtomobil maneəyə çırpılıb, ana və övladları xəsarət alıb
- Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs cərimələnib
- Salyanda 14 yaşlı yeniyetmə itkin düşüb
- Salyanda iki avtomobil toqquşub, ata və oğlu xəsarət alıb
- Salyanda baş verən qətlin bəzi təfərrüatları məlum olub