Ermənistanda çağırışçıları daşıyan avtobusa hücum oldu - VİDEO


14:24     09 Yanvar 2019 19_01_09_1547030592.jpg


Ermənistanın paytaxtı Yerevanda səfərbərlik çərçivəsində hərbi hissəyə yollanan çağırışçıları müşayiət edən hərbçilərlə bir qrup gənc arasında dava düşüb.

Hadisə yanvarın 8-də saat 10:30-11:30 arasında baş verib. Çağırışçıları daşıyan avtobusu saxlayan gənclər hərbi komissarlığın inspektoru ilə əvvəlcə mübahisə edib, sonra isə ona fiziki xəsarət yetiriblər.

Ermənistan hərbi polisi insidentin videosunun yayılmasından sonra “xuliqanlıq” maddəsi ilə cinayət işi açıb. Artıq hadisədə iştirak edənlərin kimlər olduğu müəyyənləşdirilib. / virtualaz.org



Femida.az

Açar sözlər:

Oxunub: 434