Dekabrda neft hasilatı 790 min barrel olub
15:44 09 Yanvar 2019
Azərbaycanda dekabr ayı üzrə gündəlik neft hasilatı 790 min barrel olub.
Femida.az xəbər verir ki, bunun 721 min barrelini xam neft, 69 min barrelini kondensat təşkil edib. Gündəlik 617 min barrel xam neft, 69 min barrel kondensat, 13,4 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Qeyd edək ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib. Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaq öhdəliyi götürmüşdü.
2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.
Femida.az
Oxunub: 397
Oxşar xəbərlər
- Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- G7 dekabra qədər Rusiya neftinə qiymət həddi tətbiq edə bilər
- Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
- Azərbaycan nefti 3 dollaradək bahalaşıb
- Neft bahalaşıb
- Azərbaycan neftinin qiyməti cüzi artıb
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
- Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb