DSX sədri iranlı komandanla Biləsuvarda görüşdü - FOTOLAR
16:22 09 Yanvar 2019
2019-cu ilin yanvar ayının 9-da İran İslam Respublikasının Biləsuvar şəhərində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin işçi görüşü keçirilib.
DSX-dan Azvision.az -a verilən məlumata görə, tərəflər 11 dekabr 2018-ci il tarixində Bakı şəhərində Azərbaycan və İran sərhəd qurumları rəhbərlərinin görüşü zamanı əldə olunmuş razılaşmaların icrasını nəzərdən keçirmiş, sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri, o cümlədən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya və digər təhdidlərlə mübarizə sahəsində sərhəd mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir mübadiləsi aparıb, qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
Azərbaycan Respublikasının və İran İslam Respublikasının iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastrukturunun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər nəticəsində “Astara” və “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyəti vurğulanıb, bununla yanaşı “Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin tam həcmdə fəaliyyət göstərməsi, Astara çayı üzərindən yeni avtomobil körpüsünün və piyada keçidinin tikintisi üzrə işlərin aparılması üçün hər iki tərəfdən zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
Görüşdə sərhəd mühafizəsi sahəsində məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin təşkili və maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bilavasitə dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrində görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilib.
Femida.az
Oxunub: 831
Oxşar xəbərlər
- DSX-yə yeni sözçü təyin edilib
- DSX-nin baş çavuşu intihar edib
- DSX Akademiyasının kursantı onkoloji xəstəlikdən vəfat edib
- DSX ölkəyə 34 kiloqramdan artıq narkotik gətirilməsinin qarşısını alıb
- DSX məlumat yayıb
- DSX-də 204 cinayət işi istintaq edilib, 85-nin icraatı dayandırılıb
- DSX özgəsinə məxsus sənədlə sərhədi keçmək istəyən 4 nəfəri saxlayıb
- DSX Akademiyasına qəbul elan edilib
- DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
- DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs saxlanılıb