Əsgər kitabxanalarına bədii ədəbiyyat təqdim edilib


17:11     09 Yanvar 2019 2019/01/2a0b2-1547028794_1547039455.jpg

Hərbi hissələrdən birində əsgər kitabxanalarına bədii ədəbiyyat kitabları təqdim edilib.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, aksiya çərçivəsində ictimaiyyət nümayəndələrinin şəxsi heyətlə görüşü keçirilib.

Çıxış edənlər hərbi qulluqçuların asudə vaxtının təşkilində, onların dünyagörüşünün genişlənməsində və mənəvi-psixoloji vəziyyətlərinin daha da yaxşılaşdırılmasında böyük rolu olan bədii ədəbiyyat nümunələrinin hərbi hissələrin kitabxanalarına verilməsini yüksək qiymətləndiriblər.



Milli Məclisin deputatı Sona Əliyeva çıxış edərək ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, hərbi hissələrin müasir standartlara cavab verməsi, eləcə də şəxsi heyətin yaşayış və məişət şəraitinin yaxşılaşdırılmasını ölkə ictimaiyyəti tərəfindən fəxr hissi ilə qarşılandığını diqqətə çatdırıb.

Kitablar əsgər kitabxanasına təqdim edildikdən sonra qonaqlar hərbi qulluqçuların xidməti və məişət şəraiti ilə tanış olub, əsgər yeməkxanasında şəxsi heyətlə birgə nahar ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 497