Zərdabda yol tikintisinə 3,9 milyon ayrılıb
19:26 09 Yanvar 2019
Prezident İlham Əliyev Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Oxunub: 364
Oxşar xəbərlər
- Zərdabda 72 yaşlı kişi intihar edib
- Zərdabda 57 yaşlı kişi intihar edib
- Zərdabda qeyri-adi oğurluq hadisəsi baş verib
- Zərdabda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb
- Zərdabda evdə baş verən yanğında iki nəfər ölüb
- Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
- Zərdabda bir ailənin beş üzvü qəzaya düşüb, qadın ölüb
- Zərdabda karantin rejiminin pozulduğu toy məclisləri aşkarlanıb
- Zərdabda karantinə görə toy sahibləri cərimələnib
- Zərdabda koronavirus pandemiyasına qarşı tədbirlər davam etdirilir