Qazaxıstanı çalxalayan erməni Rusiyada tutuldu


19:55     09 Yanvar 2019 19_01_09_1547048272.jpg

Yanvarın 1-də Qazaxıstanın Karaqanda şəhərində restoranda dava zamanı qətl törətməkdə şübhəli bilinən 22 yaşlı erməni Narek Qururyan Rusiyada saxlanılıb.

Femida.az Tengrinews.kz-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyinin daxili və xarici kommunikasiya departamentinin direktoru Almas Sadubayev bildirib:

“Bu gün Qazaxıstan DİN-nin kriminal polis əməkdaşları ilə Rusiyanın hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində dələduzluqda və qətldə şübhəli bilinən Ermənistan vətəndaşı Narek Qururyan Omsk vilayətində tutulub”.

Hazırda Narekin Qazaxıstana ekstradisiyası məsələsi müzakirə olunur.

Xatırladaq ki, Qururyan yanvarın 3-dən axtarışdadır. O, bir qədər əvvəl video-müraciət yayaraq davada iştirak etdiyini boynuna almış, ancaq heç kəsi qətlə yetirmədiyini bildirmişdi.


Açar sözlər:

Oxunub: 439