Neftimiz cüzi ucuzlaşdı


09:25     10 Yanvar 2019 neft%20bahalaşıb.jpg

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 8-də 59,63 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,06 dollar/barel azdır.


Bu barədə Femida.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 58,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 55,13 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 56,94 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.

Femida.az

Açar sözlər:

Oxunub: 316