Salyanda yol qəzasında xəsarət alan qadın xəstəxanada öldü


09:38     10 Yanvar 2019 klinika.jpg


Salyanda baş verən yol qəzasında xəsarət alan qadın ölüb.

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Bakı-Ələt-Astara yolunun 50-ci kilometrliyində baş verib.

Yolun Salyan rayonu ərazisindən keçən hissəsində, Neftçala rayon sakini, 1956-cı il təvəllüdlü Mircəfər Ağalarov idarə etdiyi 47 AA 081 dövlət nömrə nişanlı "Renault" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və aşırıb.

Hadisə nəticəsində sürücü və onun sərnişinləri, həyat yoldaşı Mirvari Ağalarova, 1967-ci il təvəllüdlü Gülqədəm Mirzəzadə və 1956-cı il təvəllüdlü Asudə Cəfərova xəsarət alıb.

M.Ağalarova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 299