Saatlıda boşqab oğrusu tutuldu
10:04 10 Yanvar 2019
Saatlı rayon Qarayevkənd kənd sakini Ramil Əzizov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 80 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Femida.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Orta Muğan kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Hüseynzadə saxlanılıb. Dindirilmə zamanı H. Hüseynzadə törətdiyi cinayət əməlini etiraf edib.
Aparılan araşdırmalar zamanı onun digər oğurluq əməlində də iştirakının olduğu məlum olub. Belə ki, onun ötən il dekabr ayının 30-da başqa bir mənzildən ümumi dəyəri 2070 manat olan qızıl-ziynət və məişət əşyalarını oğurladığı məlum olub. Oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb. Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır
Femida.az
Oxunub: 442
Oxşar xəbərlər
- Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs həbs edilib
- Saatlıda mağazada yanğın olub
- Saatlıda karantin qaydalarını pozan toy məclisi aşkarlanıb
- Saatlıda ev yanıb
- Saatlıda itkin düşən azyaşlı tapılıb
- Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
- Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib
- Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlanıb
- Saatlıda qaydaların pozulduğu iki toy aşkarlanıb
- Saatlıda doğuş zamanı ana və körpəsi ölüb