AXCP sədrinin müşavirinə hökm oxundu


12:49     10 Yanvar 2019 1429886643_mehkeme-texir.jpg

Bu gün Suraxanı Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Femida.az Trend-ə istinadən bildirir ki, hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.İbrahim 5 ay 20 gün azadlıqdan məhrum edilib.

M.İbrahim 2014-cü ildə Mikayıl Quliyev adlı şəxsin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.

M.İbrahim həbsdə olan vaxt onun barəsində CM-nin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, M.İbrahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 458