Qobustan qoruğuna gələn turistlərin sayı artıb


13:28     10 Yanvar 2019 2019/01/1200p-1538401586_1547112622.jpg

Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 123 mindən çox turist ziyarət edib.


Femida.az Trend-ə istinadən bildirir ki, qoruğun direktoru Vüqar İsayev bildirib ki, 2018-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya gələn ziyarətçilərin sayı 2017-ci illə müqayisədə 40 min nəfər (təxminən 50 faiz) artıb. 123 min ziyarətçidən 58 mini xarici ölkə vətəndaşlarıdır:

"Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən - Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı, bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi".

Qeyd edək ki, 2017-ci ildə qoruğu 80 mindən çox turist ziyarət edib.

Femida.az

Açar sözlər:

Oxunub: 412