Ağdamda ermənilərin atəş açdığı evlərin bərpasına başlandı


14:36     10 Yanvar 2019 2019/01/3b51818f-02db-4d46-8380-82c8594fa639_1547116737.jpg


Ağdam rayonunda ermənilərin açdığı atəş nəticəsində ziyan dəymiş 121 evin bərpasına başlanılıb.

Bərpa, təmir və tikinti işləri Prezident İlham Əliyevin imzaladığı "Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamına əsasən aparılır.



Qeyd edək ki, sərəncamla Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Ağdam Rayon İcra Hakimiyyətin Memarlıq və tikinti şöbəsinin müdiri Abduləli Mehdiyev "Report"un Qarabağ bürosuna bildirib ki, 19 kənddəki 121 evdə yenidən tikinti və bərpa işləri aparılacaq: "Artıq Qaradağlı, Əfətli və Evoğlu kəndlərində söküntü və tikinti işlərinə başlanılıb. Əfətlidə 25, Qaradağlıda 21, Zəngişalıda 12, Çəmənlidə 33, Əhmədağalıda 11, Qərvənddə 12, Təzəkənddə isə 7 evdə əsaslı təmir və bərpa işləri aparılacaq". / Report



Femida.az

Açar sözlər:

Oxunub: 764