Yanvarın 21-də gözünüz göydə olsun - Ay tutulacaq
15:20 10 Yanvar 2019
2019-cu ilin ilk Ay tutulması hadisəsi yanvarın 21-də Bakı vaxtı ilə saat 07:34-10:51-də baş verəcək.
Femida.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.
X.Mikayılovun sözlərinə görə, Ay tam tutulsa da, Azərbaycan ərazisində müşahidə olunmayacaq. Rəsədxananın elmi işlər üzrə direktor müavini bildirib ki, bu təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkün olacaq.
Qeyd edək ki, növbəti qismən Ay tutulması isə iyulun 17-də qeydə alınacaq və həmin hadisə Azərbaycanda müşahidə olunacaq.
Femida.az
Oxunub: 456
Oxşar xəbərlər
- Yanvarın 6-7-də Bakı və Abşeronda gözlənilən hava şəraiti açıqlanıb
- Yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reysləri açılacaq
- Yanvarın 18-dən vaksinasiya başlayır - RƏSMİ
- Yanvarın 4-dək ictimai nəqliyyat işləməyəcək
- Yanvarın 1-dən icbari tibbi sığorta haqlarının toplanmasına başlanacaq
- Yanvarın 5-dək küçəyə çıxmaq qadağan edilir? - RƏSMİ CAVAB
- Yanvarın 1-dən bu şəxslərə müavinət təyin edilib
- Yanvarın son HAVA PROQNOZU
- Yanvarın 22-nə manatın məzənnəsi
- Yanvarın 21-i iş günü olacaqmı?