Yeni sürücülük vəsiqəsi verilməsinə başlanır


16:48     10 Yanvar 2019 din-den%20seyyar%20xidmet5.jpg

Bu ildən başlayaraq Azərbaycanda kvadrisiklləri idarə etmək üçün xüsusi sürücülük vəsiqəsi veriləcək.



Femida.az -ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyində qərar imzalayıb.

Qərara əsasən, "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”a müvafiq dəyiliklik edilib.

Qərar 1 yanvar 2019-cu ildən qüvvəyə minib.

Qeyd edək ki, kvadrisikl yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli dördtəkərli mexaniki nəqliyyat vasitəsidir.

Açar sözlər:

Oxunub: 754