Şəmkirdə ağır qəza - 2 nəfər öldü


19:37     10 Yanvar 2019 Qeza2.jpg

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

Femida.az-ın Reporta istinadən məlumatına görə, hadisə rayonun Yeniabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Nüsrət Rzazadənin idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Raul İsazadə hadisə yerində ölüb. N.Rzazadə isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

*** 18:52

Şəmkir rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes-Benz" markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 2 nəfər ölüb. Hazırda onların hər ikisinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 482