​Naxçıvana gələn turistlərin sayı artıb


23:44     19 Oktyabr 2015 momine%20x.jpg

Bu ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasına Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən 305 min 897 nəfər turist gəlib.


Femida.az MR-in Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, son illər muxtar respublikada infrastruktur quruculuğu üzrə aparılan məqsədyönlü tədbirlər, o cümlədən yeni turizm obyektlərinin istifadəyə verilməsi turizmin inkişafına şərait yaradıb.

Məlumatda qeyd olunub ki, bu göstərici 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,5 faiz çoxdur.

Açar sözlər:

Oxunub: 707


Oxşar xəbərlər