İtkin düşən dənizçilərin axtarışları bərpa olunub
20:41 10 Yanvar 2019
Yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində itkin düşən dənizçilərin axtarışı bərpa olunub.
Femida.az xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov AzərTAc-a deyib.
O bildirib ki, dünən qəza baş verən bölgədə hava şəraiti kəskin dəyişdiyi üçün axtarışların helikopterlər və gəmilərlə aparılması müvəqqəti dayandırılmışdı. Yalnız çətin hava şəraitində axtarış aparılması nəzərdə tutulan texnikalarla axtarışlar davam etdirilirdi. Bu gün səhər saatlarında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə əlaqə saxlayıb və məlumat verilib ki, hava şəraiti nisbətən sabitləşib. Axtarışlara yenidən gəmilər və helikopterlər cəlb edilib.
T.Müseyibovun sözlərinə görə, hava şəraiti tam düzələndən sonra axtarışlar geniş radiusda həyata keçiriləcək.
Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri - Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb. Digər Azərbaycan vətəndaşı, gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun isə axtarışları davam etdirilir.
Femida.az
Oxunub: 417
Oxşar xəbərlər
- İtkin düşdüyü bildirilən şəxsin polis tərəfindən saxlanıldığı məlum olub
- İtkin hərbçinin nəşinin tapılması faktı ilə bağlı dəqiqləşdirmələr aparılır
- İtkin düşən hərbçimizin tapılması ilə bağlı rəsmi məlumat
- İtkin düşmüş Ağdam sakininin minaya düşdüyü məlum olub
- İtkin düşən 23 yaşlı qız Bakıda tapıldı
- İtkin düşən daha iki hərbçimizin nəşi tapıldı
- İtkin düşən daha bir əsgərin nəşi tapıldı - FOTO
- İtkin düşən hərbi qulluqçuların basdırıldığı yerlər müəyyən edilir
- İtkin düşən daha bir hərbi qulluqçumuzun nəşi tapılıb
- İtkin düşən gənc qız tapılıb