Sumqayıtda ər hamilə arvadına dəhşətli işgəncə verdi - Şüşə ilə...
10:07 11 Yanvar 2019
Sumqayıtda hamilə qadın əri tərəfindən möhkəm döyülüb.
Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.
Belə ki, kirayədə yaşayan, Arzu Hüseynova əri 28 yaşlı Fuad Hüseynov tərəfindən möhkəm döyülüb. Daha sonra kişi qadının əl və qol nahiyələrini şüşə parçası ilə kəsib. Qadın aldığı xəsarətlərdən huşunu itirib. Hadisəni törədən ər evdən xanımına məxsus qızılları da götürərək qaçıb.
Hadisə yerinə dərhal Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları cəlb edilib.
Zərərçəkmiş Arzu Hüseynovanın ərizəsi qəbul edilib və ona ekspertiza təyin edilib.
Qeyd edək ki, A.Hüseynova 5 aylıq hamilədir.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 528
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Sumqayıtda qumbara tapılıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb
- Sumqayıtda avtomobil yanıb
- Sumqayıtda avtomobilin vurduğu gəncin ayağı sınıb