Vüsal Hüseynov əcnəbilərə yaradılan şəraitdən danışdı

Vüsal Hüseynov əcnəbilərə yaradılan şəraitdən danışdı


11:26     11 Yanvar 2019 2019/01/49732783_2436595466413253_2763526552615387136_n_1547191836.jpg

"Miqrasiya Xidmətinin Çağrı Mərkəzi 24 saatlıq fəaliyyətə başlayacaq. Çünki adətən bizə əcnəbi ölkələrdən müraciət edirlər. Buna görə də saat fərqləri olurdu deyə onlar rahat şəkildə əlaqə yarada bilmirdi. Bunu nəzərə alaraq Çağrı Xidməti növbəti həftədən etibarən 24 saatlıq fəaliyyətə keçəcək".


Femida.az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xəbər rəisi Vüsal Hüseynov 2018-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

V. Hüseynov bildirib ki, artıq əcnəbilərə şərait yaradılıb ki, onlar miqrasiya qanunvericiliyini pozduğuna görə cəriməni ölkəsinə qayıtdıqdan sonra da ödəyə bilsin.

"Xaricdə qanunsuz yaşayan vətəndaşlarımızın ölkəyə qayıtması prosesinin beynəlxalq hüquqi çərçivədə tənzimlənməsi ilə bağlı readmissiya sazişləri və bu Sazişlərin həyata keçirilməsi üzrə protokollar, o cümlədən xarici dövlətlərin miqrasiya orqanları ilə əlaqələrin gücləndirilməsi məqsədilə miqrasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişlər daxil olmaqla, 30-a yaxın beynəlxalq müqavilə layihəsinin hazırlanaraq, gələcəkdə imzalanması üçün Xidmət tərəfindən iş aparılır", - deyə sədr qeyd edib.

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 179