Əcnəbilərə ŞAD XƏBƏR: qeydiyyata düşmə müddəti uzadıldı


11:33     11 Yanvar 2019 2019/01/ecnebi-qeydiyyat2_1547192478.jpg

"Əvvəllər ölkəyə gələn əcnəbilərin qeydiyyata alınması üçün 10 gün vaxt verilirdisə, bu müddət artırılaraq 15 günə çatdırılıb".


Femida.az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. O, 2018-ci, il üzrə Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə dair əsas statistik rəqəmləri media nümayəndələrinin diqqətinə çatdırıb.

Bildirib ki, 2018-ci il ərzində 2.845.697(2017-cı ilin müvafiq dövründə 2.692.219) əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da ölkəyə gələn əcnəbilərin sayında 6% artım olduğunu göstərir.

Xidmət rəisi diqqətə çatdırıb ki, hesabat dövründə 740.841 (2017-cı ilin müvafiq dövründə 749.732 ) əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb.

İl ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82953 müraciət daxil olub. Hesabat dövründə 41.030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib. (2017-cı ilin müvafiq dövründə 42.232 nəfərə müvəqqəti yaşama, 3073 nəfərə daimi yaşama, 8725 nəfərə iş icazəsi). Bu da sevindirici haldır ki, ölkədə ixtisasli kadrlar çoxalır və əcnəbilərə ehtiyac getdikcə azalır.

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 1670