Tərtərdə silah-sursat gizlədən şəxs kimidir? - Evindən “Kalaşnikov” çıxdı


11:50     11 Yanvar 2019 2019/01/49796-7735950675_3094385744.jpg

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxsin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, yanvarın 10-da daxil olmuş məlumat əsasında Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz silah-sursat saxlayan rayon sakini Zöhrab Qəhrəmanov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində yerləşən yardımçı tikilidən qanunsuz olaraq saxladığı 1 ədəd 7.62 kalibrli “Kalaşnikov” avtomatı, 2 ədəd sandıq və 7.62 kalibrli 625 ədəd döyüş patronları, eləcə də 1 ədəd Toz-8 markalı tüfəng aşkar edilərək götürülüb.

Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub. Faktla bağlı Tərtər RPŞ-də istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.










Femida.az

Açar sözlər:

Oxunub: 1158