464 azərbaycanlı xaricdən geri qaytarılıb

464 azərbaycanlı xaricdən geri qaytarılıb


12:03     11 Yanvar 2019 2019/01/Vusal-Huseynov_1547194036.jpg

Dövlət Miqrasiya Xidmətində 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.


Femida.az-ın məlumatına görə, qurum rəhbəri vurğulayıb ki, əsas fəaliyyət istiqamətlərindən biri də qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləridir:

"Hesabat dövründə Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozulması ilə bağlı 19.210 (2017-cı ilin müvafiq dövründə 21.678) qərar qəbul edilib. Bu da ötən dövrlə müqayisədə miqrasiya qanunvericiliyinin tələbələrini pozmuş şəxslərin sayında 11 % azalma deməkdir. Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27509 (2017-cı ilin müvafiq dövründə 31507) müraciət daxil olub. Xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib. Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16% artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 78 nəfərdir (47 nəfər ərizəçi 31 nəfər ailə üzvü ilə birlikdə). (2017-cı ilin müvafiq dövründə (44 nəfər ərizəçi 23 nəfər ailə üzvü ilə birlikdə) 67 nəfər olub). "Çağrı mərkəzi"nə daxil olmuş zənglərin sayı 103.741 (2017-cı ilin müvafiq dövründə 107.172) olub".

Xatırladaq ki, ötən il Dövlət Miqrasiya Xidməti rəisinin vətəndaş qəbuluna gələnlərin sayı 650 nəfər olub.

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 169