Nazir şöbə rəisini işdən çıxardı


22:53     19 Oktyabr 2015 2f1cee61-d207-4c43-990a-65210d237021.jpg

Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi Ramil Məhyəddin oğlu Babayev öz vəzifə funksiyalarının icrası zamanı bir sıra ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib.


Bu barədə Femida.az-a nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Vətəndaş müraciətlərinin araşdırılması ilə bağlı aparılmış təhlillər və daxili nəzarət tədbirləri nəticəsində R.Babayevin məsuliyyət dairəsinə aid olan ərazidə vergi ödəyiciləri ilə işlərin düzgün qurulmadığı, mövcud qaydaların tələblərinə zidd olaraq, onun tərəfindən bəzi hallarda yoxlama materiallarının araşdırılmasında vergi ödəyicilərinin iştirakının təmin edilmədiyi, yoxlama materialları əsasında çıxarılmış qərarların və tələbnamələrin vergi ödəyicilərinə göndərilmədiyi, qanunsuz idman mərc oyunlarının keçirilməsinə, müvafiq icra hakimiyyəti orqanından lisenziya almadan alkoqollu içkilərin satılmasına və aksiz markası ilə markalanmadan tütün məmulatlarının satılmasına, habelə vergi orqanlarında uçota alınmadan və nəzarət-kassa aparatı quraşdırmadan fəaliyyət göstərən vergi ödəyicilərinə qarşı qanunamüvafiq tədbirlər görülmədiyi aşkar edilib.

R.Babayev yol verdiyi nöqsanları etiraf etsə də, son bir neçə ay ərzində onun barəsində analoji nöqsanlara görə töhmət və sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət intizam tənbehi tədbirləri görüldüyü nəzərə alınaraq, vergilər nazirinin 16 oktyabr 2015-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən Ramil Məhyəddin oğlu Babayevin vergi orqanlarında xidmətinə xitam verilib.

Açar sözlər:

Oxunub: 1926