Azərbaycana “Donuz qripi”nə qarşı peyvənd gətirilib? - Nazirlikdən reaksiya


12:39     11 Yanvar 2019 donuz_qripi_02541.jpg

Azərbaycana “donuz qripi” adlandırılan H1N1 virusuna qarşı peyvənd gətirilib.


Femida.az xəbər verir ki, bu barədə həkim-terapevt Zaur Oruc məlumat yayıb. Onun sözlərinə görə, peyvənd ölkəmizə yanvarın 9-da gətirilib.
Bununla bağlı sosial şəbəkədə paylaşım edən Z.Oruc peyvəndin qiymətinin 38 manat olduğunu iddia edib.

Səhiyyə Nazirliyi məlumatı təsdiqləməyib. Nazirlikdən Azvision.az -a bildirilib ki, ümumiyyətlə "donuz qripi"nə qarşı hansısa vaksinasiya mövcud deyil:

“Azərbaycanda mövsümi qripin səviyyəsi ötən illərlə müqaisədə çox aşağıdır. Ümumi qrip vaksinasiyaslı var ki, o da planlı şəkildə həyata keçirilməyib. Mövsümi qrip əleyhinə peyvənd var və istənilən vətəndaş özünü klinikalarda peyvənd etdirə bilərlər”.

Femida.az

Açar sözlər:

Oxunub: 351