Günorta yatmağın təhlükəsi aşkarlandı


12:54     11 Yanvar 2019 2019/01/1473904418_0_235_4500_2766_600x0_80_0_0_f1b92983be01df0159b19c3041c10554_1547196885.jpg

Günorta vaxtı insanda “yuxunun tökülməsi” demensiyanın inkişafı riskindən xəbər verə bilər.

Femida.az xəbər verir ki, bu haqda elmi işin nəticələri “Science Translational Medicine” jurnalında dərc olunub.

Mütəxəssislər natamam yuxudan (dərin fazalı) əziyyət çəkən, yaşı 60-dan yuxarı 119 nəfərin sağlamlıq göstəricilərini təhlil edib. Könüllülərin beyin dalğalarının qeydə alınması məqsədilə onlar portativ elektroensefaloqraflarla təchiz olunub.

Tədqiqat nəticəsində pasiyentlərdə neyronları dağıdan və beyində neyrofibrilyar yumaqlar (adətən, Alzheymer xəstələrində müşahidə olunur) formalaşdıran tau-zülal miqdarının artıdığı üzə çıxıb.

Alimlərin fikrincə, belə neqativ effektə məhz dərin fazalı yuxu çatışmazlığı səbəb olub. Başlıca olaraq bu, günortalar yatan insanlarda müşahidə olunub.

Qeyd edək ki, Alzheymer xəstəliyi demensiyanın geniş yayılmış növü, müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatrı Alois Alzheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılıb. Xəstəlik, adətən, 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür.

Açar sözlər:

Oxunub: 544