Gömrükdə bəyan olunmayan mallar aşkarlandı
13:02 11 Yanvar 2019
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Setra Kaessbohrer" markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin radiator üçün nəzərdə tutulmuş yerində olan 4 ədəd əl çantasının içərisindən gömrük orqanına bəyan olunmayan 14600 ədəd mobil telefon üçün örtüklər, 6000 ədəd mobil telefon silmək üçün salfetlər və 80 ədəd plastik qabda maye yağlar aşkar olunub.
Femida.az
Oxunub: 342
Oxşar xəbərlər
- Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
- Gömrükdə gizlədilmiş dərmanlar aşkarlandı
- Gömrükdə narkotik vasitə və psixotrop maddələr aşkarlandı - VİDEO
- Gömrükdəki vəzifəli şəxslərə birdəfəlik müavinət verilməsi qaydası dəyişir
- Gömrükdə külli miqdarda pirotexniki vasitələr saxlanıldı
- Gömrükdəki yeniliklərlə bağlı ən çox verilən sualların - Cavabları
- Gömrükdə külli miqdarda narkotik aşkarlandı
- Gömrükdə qaçaqmalçılığın qarşısı alındı